DÜNYA

03 May

Mənfəət azalıb

Ötən il “Gazprom” şirkətinin xalis mənfəəti təxminən 9 faiz azalaraq 1,82 milyard dollara düşüb. Şirkət bunu qiymətlərin enməsi ilə izah edir.

Bildirilir ki, keçən il şirkətin Avropaya təbii qaz satışının həcmində 6 faiz və ya 13,4 milyard kubmetr azalma olub. “Gazprom” 2020-ci ildə Avropaya 219 milyard kubmetr, 2019-cu ildə isə 232,4 milyard kubmetr təbii qaz satıb. Daxili qaz satışları da 236 milyard kubmetrdən 225 milyard kubmetrə enib. 2019-cu ildə 507 milyard kubmetr olan “Gazprom” ümumi qaz satışı ötən il 475 milyard kubmetrə düşüb.

Xəbəri TASS verib.