DÜNYA

21 İyul

ABŞ Kadırova qarşı yeni sanksiyalar tətbiq etdi

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova qarşı viza sanksiyaları tətbiq edib. Vaşinqton onun insan hüquqlarının pozulmasında əli olduğunu hesab edir.
Fins.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeonun bəyanatında belə deyilir.

Sənəddə bildirilir: “Bu gün Dövlət Departamenti Rusiya Federasiyasının tərkibində Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova qarşı sanksiyalar tətbiq edir. Məhdudiyyətlər Kadırovun Çeçenistan Respublikasında insan hüquqlarının ciddi pozulmasında əli olması səbəbindən tətbiq olunur”.

“Biz Kadırov və onun bir neçə tərəfdarına qarşı əvvəllər iqtisadi sanksiyalar da tətbiq etmişdik”, - deyə sənəddə vurğulanıb.