DÜNYA

20 İyul

Məşhur biznesmenin 9 milyonluq avtomobilinə siçanlar hücum etdi

Türkiyənin nüfuzlu biznesmeni Ali Ağaoğlunun lüks avtomobilinə ciddi zərər dəyib.

Muğlanın Milas rayonundakı inşaat binasında park edilən “Rolls Royce Phantom” markalı avtomobili siçanlar gəmirib.

Gəmiricilər avtomobilin kompressor və elektrik kabellərini hədəf alıb.

Avtomobil lazımi bərpa və qulluq işləri üçün İstanbula göndərilib.

Qeyd edək ki, avtomobilin 9 milyon dollara yaxın qiyməti var

(c)publika