DÜNYA

20 İyul

İngiltərə dövləti bu dərman şirkətlərindən 90 mln doza peyvənd alacaq

İngiltərənin Pfizer şirkəti BioNTech və Valnevanın üzrəində işlədiyi peyvənddən 90 milyon doza almaq üçün müqavilə imzalayıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, imzalanan müqavilə ilə İngiltərə hökuməti, üç fərqli peyvənd istehsalçısı tərəfindən istehsal olunan peyvənd nümunələrini istifadə imkanı təmin edib və peyvəndin klinik testlərində iştirak etmək üçün 500.000 könüllü axtarır.

Fərqli hesabatlarla Pfizer və BioNTech bu il və gələn il 30 milyon doz sınaq vaksini istehsal etməyi planlaşdırdıqlarını bildiriblər. Şirkətlər 2020-ci ilin oktyabr ayında peyvənd üçün təsdiq alacağını və  2020 bitmədən 100 milyon doza peyvənd istehsal edəcəyini gözləyirlər.

İngiltərə hökumətinin fikrincə, bu müqavilə müvafiq şirkətlər və bir hökumət arasında imzalanan ilk məcburi müqavilədir. "Növbədə ediləcək ilk şey düzgün işdir. Peyvəndlər çıxdıqca onu ilk əldə edənlərdən biri olacağını təmin etdik" deyib Təhsil naziri Gavin Williamson BBC-yə.

ABŞ bir müddətdir Pfizer və BioNTech-ə 10 milyard dollarlıq "Əməliyyat Warp Speed" proqramı çərçivəsində dəstək verir. Şirkətlər tərəfindən istehsal ediləcək vaksin, bədən hüceyrələrinin bənzərsiz bir zülal sintez etməsini təmin etmək üçün 'mRNA' adlı yeni bir texnologiyadan istifadə edir. Valneva tərəfindən istehsal olunan peyvənd eksperimental olaraq əvvəllər başqa bir peyvənddə istifadə etdikləri texnologiyaya əsaslanır.

İngiltərə bundan əvvəl Oksford Universiteti ilə işləyən AstraZeneca ilə vaksin tədarükü haqqında müqavilə imzalayıb. Bu razılaşmadan sonra peyvəndin klinik sınaq mərhələsində olması xəbəri ilə şirkətin səhmləri 5.2% artıb.

Razılaşmadan sonra Fransanın Valneva şirkətinin səhmləri 7.7%, Almaniyanın BioNTech şirkətinin səhmləri 6.7% bahalaşıb.

Müəllif:Aynur Qəniyeva