DÜNYA

20 İyul

Təhlükəsizliyə görə Chrome və Firefox-u geridə qoyan brauzer

Microsoft şirkətinə məxsus olan Edge brauzeri Chromium bazası ilə yenidən hazırlanmışdı. Son aylar testlərdə yaxşı nəticələr göstərərək istifadəçiləri razı salan yenilənmiş Edge brauzeri Chrome-a ən böyük rəqib olaraq görülür. Bu səfər isə aparılan təhlükəsizlik testlərində yeni brauzer Chrome və Firefox-u geridə qoydu.

   İstifadəçi məlumatlarının qorunması üçün Microsoft Defender SmartScreen funksiyasını istifadə edən Edge brauzeri bu testlərdə 95.5%-lik bir nəticə ilə testlərdə lider oldu. Google Safe Browsing API istifadə edən Chrome və Firefox isə uyğun olaraq 86.9% və 85.9%-lik nəticə göstərib. 3-cü tip təhlükəsizlik sistemi istifadə edən Opera isə 79.2%-lik nəticə toplayıb. Beləliklə hal-hazırda brauzerlər arasında hackerlərə qarşı ən güclü qorumanı Edge brauzeri təmin edə bilir. Qeyd edək ki, Microsoft şirkəti Windows 10 əməliyyat sistemində Edge brauzerinin daha yaxşı işləməsi üçün bəzi yeniliklər gətirməyi planlayır.