DÜNYA

20 İyul

Bizi diz üstə çökdürmək üçün... - Lukaşenko

2010-cu ildə prezident seçkiləri zamanı müxalifətin hakimiyyəti devirmək üçün güc tətbiq etməsi kampaniyasının təkrarlanması aktualdır.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bu, mövcud hakimiyyəti devirmək və vəziyyəti pisləşdirmək üçün sözügedən variantın hələ də aktual olduğunu göstərir. Əgər kimsənin qısa yaddaşı varsa, o zaman sizə xatırlatmağa cəsarət edirəm. 2010-cu ili xatırlayın. O zaman hər şey bizi diz üstə çökdürmək üçün başladılmışdı”, - deyə dövlət başçısı bildirib.

Xatırladaq ki, 2010-cu ildə Belarusda prezident seçkilərinin nəticələri ilə barışmayan minlərlə müxalifət tərəfdarı etiraz üçün küçələrə axışmışdı. Etirazlar zamanı bir neçə iştirakçı hökumət binasına daxil olmağa cəhd etmişdi. Bundan sonra xüsusi təyinatlar etirazçılara qarşı hərəkətə keçmişdi. Hadisələr zamanı 700-ə qədər insan saxlanılaraq cəzalandırılmışdı.