DÜNYA

20 İyul

İrana uçuşlar yenidən təxirə salınıb

Nəqliyyat Nazirliyi ilə Səhiyyə Nazirliyinin tələbi ilə Türkiyədən İrana uçuşlar qarşılıqlı olaraq dayandırılıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, fevral ayından bəri Covid19-un  yayılması səbəbiylə dayandırılan və son günlərdə İran və Türkiyə arasında bərpa edilən uçuşlar yenidən dayandırılıb

İran Hava Yolları Birliyinin katibi Maksud ese Samaniyə, Türkiyənin Səhiyyə Nazirliyi və Nəqliyyat Nazirliyinin uçuşların dayandırılması tələbinin verildiyi bildirilib.

Qərarın gecə saat 00: 00-dan etibarən qüvvəyə mindiyini deyən İran rəsmisi, əvvəllər satılan biletlərin ləğv edildiyini deyib.

Səfərlərin təxirə salınmasının səbəbi açıqlanmasa da, İranda yenidən artan koronavirus epidemiyasının qəbul edilən qərarda təsirli olduğu düşünülür.

Müəllif:Aynur Qəniyeva