DÜNYA

26 Mart

ABŞ-ın neft ehtiyatları 455 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 1,62 mln. barel artaraq 455,36 mln. barel təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,77 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (apa)