DÜNYA

25 Mart

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq olundu

Ukrayna hökuməti bütün ölkə ərazisində 30 gün müddətinə, aprelin 24-dək fövqəladə vəziyyət rejimini tətbiq edib.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal çərşənbə günü Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, qərarda zəruri hallarda bu tədbirlərin müddətinin artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Ukraynada 113 nəfər COVID-19-a yoluxub, 4 nəfər virusdan ölüb.