DÜNYA

05 Mart

VKontakte-dən yeni addım:TikTok-un rus versiyasını yaradır – Foto

Vkontakte TikTok-un stilində qısa videolar xidməti yarada bilər.

Fins.az-ın məlumatına görə, bu haqda vc.ru saytı layihənin təqdimatına istinadən yazır.

Güman edilir ki, yeni platforma 2020-ci ilin ikinci yarısında meydana gələ bilər. Xidmət Mail.ru Group və VKontakte-dən “super tətbiqetmənin” bir hissəsi olacaq. Kompaniya artıq bir sıra rəy liderləri (influencerlər) və məşhurlar ilə danışıqlara başlayıb. VKontake-yə görə, bu platformanı daha populyar edəcək və sürətli böyüməsini təmin edəcək.

Birinci növbədə xidmət platformada reklam yerləşdirməyi planlaşdırmır, amma gələcəkdə burada müəllif hüquqları olan kontentdən pul qazanılması məsələsinə baxılacaq. İstifadəçilər burada şaquli, qısa video çarxlar paylaşa, onları redaktə edə bilər, eyni zamanda onlara effekt və məzəli görünüşlər əlavə edə bilər.

VKontakte-nin qapalı təqdimatında, həmçinin jestləri idarə etməyə kömək olan kompüter görmə texnologiyalarından da bəhs edilib.

©Facemark.az