DÜNYA

18 Fevral

Apple \"virus\" səbəbilə gəlir hədəfinə çata bilməyəcəyini açıqladı

Apple Inc., şirkəti istehsalın yavaşlaması və aşağı ağıllı telefon tələbi səbəbindən bu rüb gəlir hədəfinə çata bilməyəcəyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu vəziyyət, Çində ortaya çıxan koronavirus epidemiyanın dünyanın ən dəyərli şirkətlərindən bir olan Apple üzərində təxmin ediləndən daha çox mənfi təsirinin olduğunu göstərir.

Şirkət açıqlamasında, iPhone-lara tələbin, Çindəki mağazaların bağlı olması və ya məhdud iş saatları ilə azalan müştərilərə görə gerilədiyini vurğulayıb. 

Apple-ın gəlirinin böyük qisimini iPhone təmin edir. iPhone istehsalı da gözləniləndən daha çox yavaşlayıb.

©Marja