DÜNYA

05 Fevral

Twitter-də saxta şəkil və videolar xüsusi işarə ilə qeyd olunacaq

2020-ci ilin martından “Twitter” sosial şəbəkəsi istifadəçi hesablarındakı yanlış məlumat yayan və insanlara zərər vuran saxta media materialları xüsusi işarə ilə qeyd edəcək. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər.

“İz.ru” saytına istinadən yazılır ki, şirkətin saytındakı məlumata əsasən, şəkil və videolar xüsusi indikatorla işarələnəcək və bu, həmin media faylların saxta olduğunu göstərəcək.

 

Məlumata görə, sözügedən funksiya martın 5-dən istifadəyə veriləcək.

ABŞ-ın “Twitter Inc.” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas həlli qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.

İctnews