DÜNYA

15 Yanvar

Zelenski Davosa gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenksi Davosda keçiriləcək 50-ci Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.

Fins.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, ukraynalı nümayəndə heyətinin tərkibində Xarici işlər naziri Vadim Pristayko da olacaq.

Qeyd edək ki, İsveçrədə keçiriləcək iqtisadi forumda ABŞ Prezidenti Donald Trampın da iştirakı gözlənilir. Forum 21-24 yanvar tarixlərində keçiriləcək.