DÜNYA

28 Dekabr

Məşhur “fast food” şirkətinin maliyyə direktoru öldü

“Domino's Pizza Group” pizzalar şəbəkəsinin maliyyə direktoru Devid Bauernfaynd bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Fins.az  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir:

“Biz bu faciəvi xəbərdən dərin təəssüf hissi keçiririk. Direktorlar şurasının, həmkarlarımızın adından Devidin xanımı Nikolettə, onun qızı Ornellaya, qohumlarına və dostlarına başsağlığı veririk”.

Qeyd edək ki, Bauernfayndın hansı şəraitdə öldüyü açıqlanmasa da, onun sonuncu dəfə ailə üzvləri ilə birlikdə istirahətdə olduğu məlumdur.