BİZNES

25 Fevral

2021-ci ildə büdcəyə vergi daxilolmaları 12,51 milyard manat təşkil edib - Mikayıl Cabbarov

2021-ci ildə büdcəyə vergi daxilolmaları 12,51 milyard manat təşkil edib ki, bu da ümumi daxilolmaların 74,2 faizini təşkil edir.

Fins.az-ın verdiyi məlumata görə, bunu “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkədə inflyasiyanın azaldılması istiqamətində işlər aparılır və ölkə hökuməti artıq müvafiq proqram hazırlayıb.

"2022-ci il və sonrakı illər üçün dövlət qurumlarının fəaliyyətinin genişləndirilməsi və rəqəmsal müstəviyə keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi nəzərdə tutulur. Bura həmçinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, rəqəmsal transformasiyada əhalinin dəstəklənməsi də daxildir", - deyə nazir əlavə edib.