BİZNES

15 Sentyabr

Apple iPhone 13 təqdim olundu - QİYMƏTİ

Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib. Yeni iPhone seriyasına 4 smartfon modeli daxil olub: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Gəlin ilk növbədə iPhone 13 və iPhone 13 mini modellərindən başlayaq. Sözügedən modellər xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar həmçinin əsas texniki özəlliklər baxımından da eynidirlər. Sadəcə olaraq onların ekran ölçüləri fərqlidir. Qeyd etmək lazımdır ki, iPhone 13 və iPhone 13 mini modellərini keçən ilki iPhone 12 və iPhone 12 mini modellərindən fərqləndirən əsas dizayn dəyişikliyi ondan ibarətdir ki, yeni modellərin arxa kameraları daha fərqli şəkildə yerləşdirilib. Belə ki, bu yeni modellərin arxa kameraları diaqonal şəkildə yerləşiblər.

smartfonlar 12 MP (f/1.6 diafraqmalı genişbucaqlı obyektiv) + 12 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) ikili arxa kamera və 12 MP-lik (f/2.2 diafraqmalı) ön kamera ilə təchiz olunublar. Apple yeni iPhone-ların kameralarında Cinematic Mode adlı çəkiliş rejiminə xüsusi diqqət ayırıb. Bu funksiyanın məğzi çox sadədir. Video çəkən zaman kamera bu funksiya vasitəsilə kadrdakı insanları təyin edir və onların hərəkətləri zamanı fokuslanmanı avtomatik olaraq dəyişir. Bu funksiya Dolby Vision HDR formatında videolar da çəkə bilir. Şirkət bildirib ki, iPhone 13 modeli iPhone 12-dən fərqli olaraq 2.5 saat, iPhone 13 mini modeli isə iPhone 12 mini-dən fərqli olaraq 1.5 saat daha çox çalışacaq. Smartfonlar həmçinin 5G dəstəyinə də sahibdirlər. iPhone 13 və iPhone 13 mini modelləri sentyabr ayının sonunda satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimidir:

- 128 GB yaddaşa sahib iPhone 13 - 799$

- 256 GB yaddaşa sahib iPhone 13 - 899$

- 512 GB yaddaşa sahib iPhone 13 - 1099$

- 128 GB yaddaşa sahib iPhone 13 mini - 699$

- 256 GB yaddaşa sahib iPhone 13 mini - 799$

- 512 GB yaddaşa sahib iPhone 13 mini - 999$.

 Təbii ki, Pro modellər həmçinin LiDAR skaner ilə də təchiz olunublar. LiDAR skaner yaxşı işıqlandırılmamış mühitdə daha yaxşı fokuslanmanı təmin edir və artırılmış reallıq rejimində onun sayəsində müxtəlif effektlər əldə etmək olar. Hər üç kamera Night Mode rejimini və 2 sm məsafədə makro çəkilişi dəstəkləyir. Pro modellərin batareya həcmləri də artıb. Lakin batareya həcmləri barəsində dəqiq məlumat daha sonra veriləcək. Həmçinin smartfonlar sürətli şarj texnologiyasını da dəstəkləyirlər. Bütün iPhone 13 modelləri iOS 15 əməliyyat sistemi vasitəsilə çalışırlar. iPhone 13 Pro modelləri də sentyabr ayının sonunda satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimidir:

- 128 GB yaddaşa sahib iPhone 13 Pro - 999$

- 256 GB yaddaşa sahib iPhone 13 Pro - 1099$

- 512 GB yaddaşa sahib iPhone 13 Pro - 1299$

- 1 TB yaddaşa sahib iPhone 13 Pro - 1499$

- 128 GB yaddaşa sahib iPhone 13 Pro Max - 1099$

- 256 GB yaddaşa sahib iPhone 13 Pro Max - 1199$

- 512 GB yaddaşa sahib iPhone 13 Pro Max - 1399$

- 1 TB yaddaşa sahib iPhone 13 Pro Max - 1599$.