BİZNES

11 Avqust

MİDA bu xidmətə 395 min manatdan artıq vəsait yönəldəcək

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə 395 min manatdan artıq vəsait yönəldəcək.

www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” MMC ilə 395,772 min manat dəyərində müqavilə bağlayıb.

Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıtda 2, Gəncədə 1 yaşayış kompleksinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.