BİZNES

10 Avqust

Azərbaycan bu il xarici dövlət borcunu və onun ÜDM-ə nisbətini azaldıb

Bu il iyulun 1-nə Azərbaycanın beynəlxalq maliyyə bazarlarında yerləşdiridiyi istiqrazlar, habelə əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəlikləri nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 7 839 milyon ABŞ dolları və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 %-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon dollar və yaxud ÜDM-in 1,6%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8603,4 milyon dollar və yaxud ÜDM-in 18,2%-ni təşkil edib.

Fins.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin əvvəli ilə müqayisədə Azərbaycanın xarici dövlət borcu və onun ÜDM-ə nisbəti 2,5% azalıb,"Koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda müşahidə edilən canlanma meyilləri ÜDM-in artım trayektoriyasına qayıtmasını, habelə xarici dövlət borcunun ötən ilin sonuna artmış ÜDM nisbətinin bu ilin ilk 6 ayında azalmasını şərtləndirib", - deyə nazirlik bəyan edib.

İyulun 1-nı dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 352,0 milyon manat və yaxud ÜDM-in 21,6%-ni təşkil edib. Məcmu dövlət borcunun 14 625,7 milyon manatı (8 603,4 milyon dollar) və yaxud 84,3%-i xarici dövlət borcunun, 2 726,3 milyon manatı və yaxud 15,7%-i daxili dövlət borcunun payına düşür.