BİZNES

10 Avqust

5G-nin xidmət gəlirlərinin 2025-də 176 milyard dollara çatacağı gözlənilir

4G ilə müqayisədə daha yüksək sürətə, daha yüksək həcmə və daha az gecikmə müddətinə sahib olan 5G texnologiyasının yaratdığı xidmət gəlirlərinin 155% artaraq 2025-ci ildə 176 milyard dollar çatacağı gözlənilir.  

Fins.az xəbər verir ki, 5G-nin 2035-ci ilə qədər dünya iqtisadiyyatına 3,8 trilyon dollar fayda təmin etməsi və 22,8 milyon nəfərə məşğulluq yaratması təxmin edilir. Çinin 1,5 trilyon dollar ilə bazar "tortuna" hakim olması gözlənilir, onu ardınca 758 milyard dollar ilə ABŞ, 436 milyard dollar ilə Yaponiya və 132 milyard dollar ilə Cənubi Koreya gələcək.

5G texnologiyasının daha ağıllı şəhərlər, istehsalda ağıllı fabriklər, sənaye robotları, uzaqdan xəstə təqib sistemləri və uzaqdan cərrahi müdaxilə, çatdırılmada ağıllı vasitələr və s. təmin etməsi gözlənilir.