BİZNES

10 Avqust

Bakıda qara kürünün qiyməti açıqlandı

Bakıda Xəzər dənizinin ən qiymətli balıq məhsulu sayılan nərə qara kürüsünün qiyməti açıqlanıb.

Fins.az xəbər verir ki, kürünün kiloqramı 3500 manata satılır. Bu qiymətə kürünü ölkədə kürü istehsalı ilə məşğul olan azsaylı şirkətlərdən biri – «Baku Caviar» təklif dir.

Bu şirkət kürünü 20, 50, 125, 250, 500 qramlıq və 1 kiloqramlıq dəmir bankalarda, eləcə də 113 qramlıq şüşə qablarda təklif edir. «Baku Caviar» şirkəti 2 növ kürü satır – rus nərə balığı (osetra) kürüsü və nərənin ən nadir növlərindən olan ağ balıq (beluqa) kürüsü.

Ənənəvi olaraq beluqa kürüsü daha bahalıdır. Belə ki, 56 qramlıq bankada  nərə kürüsünün qiyməti 106 manat olduğu halda, beluqa kürüsünün qiyməti 180 manatdır. 113 qramlıq qabdakı kürünün qiyməti isə 212–360 manat arasında dəyişir. Nəhayət, 1 kiloqramlıq qara kürü 3500 manata təklif edilir.