BİZNES

07 İyul

Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə nə qədər vergi və rüsum daxil olub?-MƏBLƏĞ

2021-ci ilin iyun ayında Gömrük Komitəsinin  xətti ilə dövlət büdcəsinə 376 214 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 16,2%, bu ilin may ayı ilə müqayisədə isə 8,2% çoxdur.

Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,3% artaraq 104 255,3 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 12,4% artıb.