BİZNES

06 Mart

8-ci Milli Marketinq Forumuna geri sayım başlayıb

2020-ci ildə 8-ci dəfə keçiriləcək Milli Marketinq Forumuna geri sayıma başlayıb.

Milli Marketinq Forumu facemark.az onlayn marketinq jurnalı tərəfindən illik olaraq keçirilir. Hər il yüzlərlə işgüzar adamları bir platformada toplayan MMF bu il fərqli konseptlə ölkə iqtisadiyyatına öz tövhəsini verəcək.

Öz yolumuz şüarı ilə keçiriləcək forum 6 panel olmaqla İnnovasiya, data analizi, texnologiya, marketinq kommunikasiyaları, istehlakçı davranışları, milli keyslər və bütövlükdə biznesi əhatə edəcək.

Forum 5-6 İyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

Bu il ilk dəfə Milli Marketinq Forumu 2020 kreativ konseptinin izahını video çarxla təqdim edilib.  (link)

Ötən il baş tutan MMF2019-a isə facemark.az-ın YouTube səhifəsi üzərindən baxa bilərsiniz. (link)

Xatırladaq ki, Milli Marketinq Forumuna (MMF2020) biletin qiyməti aprelin 25-dək 70 AZN olacaq. İlkin qeydiyyat forumun rəsmi səhifəsi üzərindəndir. Ordakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz. Rəsmi satış isə növbəti həftədən başlayacaq. Forumun Facebook səhifəsini aşağıda əlavə edirik.

//www.facebook.com/pg/MilliMarketinqForumu/about/?ref=page_internal