BİZNES

05 Mart

Bakı Telefon Rabitəsi kompüter və İT-avadanlıqlarının alınmasına təxminən 0,9 milyon manat yönəldəcək

«Bakı Telefon Rabitəsi» MMC kompüter və telekommunikasiya avadanlıqlarının alınması haqqında ümumi dəyəri 890 min 211,3 manat olan iki müqavilə bağlayıb.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, Azərbaycanın “Bestcomp Group LLC” şirkəti ilə kompüter avadanlıqlarının tədarükü haqqında müqavilə imzalanıb. Müqavilənin dəyəri 544 min 611,3 manatdır.

Türkiyənin “Telecom Makine Madencilik Senayi ve Tic.LMT” şirkəti Azərbaycana 3 min ədəd LTE-avadanlığının və 3 min ədəd U-Sim kartın tədarükü haqqında müqavilə imzalanıb. Müqavilənin dəyəri 345,6 min manatdır.

“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.