BİZNES

04 Mart

Sahibkarlar Konfederasiyası rəhbərliyi baş katib Adəm Kulanı qəbul edib

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının baş katibi Adəm Kulanı qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Sahibkarlar Konfederasiyası məlumat yayımlayıb 

Məlumatda bildilir ki, palatanın 2020-ci ildəki fəaliyyət planı barədə məlumat verən A.Kula onun hüquqi statusu, büdcəsinin formalaşdırılması ilə bağlı müzakirələr aparıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci zirvə görüşünün bu il Türkiyədə olacağını qeyd edən baş katib bu il sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyini də bildirib.

Daha sonra Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının işçi heyətinin tərkibi və formalaşdırılması ilə müzakirələr aparılıb.

ASK prezidenti Məmməd Musayevin sözlərinə görə, Türkiyə başda olmaqla türkdilli dövlətlərlə iqtisadi əməkdaşlığın yüksəldilməsi məqsədilə kompleks tədbirlər hazırlanıb. Özbəkistan, Qazaxıstanla əməkdaşlığın intensivləşdirilməsi məqsədilə silsilə tədbirlərin görüldüyünü xatırladan Konfederasiyanın prezidenti həmin ölkələrin səfirləri ilə görüşlər keçirdiyini, Palataya üzv dövlətlərin sahibkarları arasında birbaşa əlaqələr yaranmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Müəllif: Aynur Qəniyeva