BİZNES

28 Fevral

Gürcüstan Azərbaycanla Qara dənizdə sualtı elektrik ötürmə xətlərinin çəkilməsi layihəsini müzakirə edib

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava məlumat verib ki, Bakıda həmkarları ilə ümumi dəhlizin qərabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycanla birgə Qara dənizdə reallaşdırıla biləcək yeni layihələr müzakirə olunub.

“Gürcüstanda infrastruktura, həmçinin liman və dəmir yolu infrastrukturuna mühüm vəsait yatırırıq və təbii ki, region həmin dəhlizdən istifadə edərsə bu daha böyük yüklənməyə və inkişafa səbəb olacaq. Bu, öncə Azərbaycanla münasibətlərimiz və əməkdaşlıqdan asılıdır”, - Turnava cümə axşamı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra bildirib. Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat verir.

Həmçinin, Turnava qeyd edib ki, iki ölkə, iki nazirlik arasında birgə terminal layihələrin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatmasına imkan yaradan çox sıx işgüzar və dostluq münasibətəri var.

“Biz həmçinin tam yeni, Qara dənizdə maraqlı layihələr barədə söhbət edirik. Həmin layihələrə Azərbaycanın müvafiq özəl və dövlət strukturlarının qoşulması mümkündür, bu ümumilikdə ümumi dəhliziminzin rəqabət qabiliyyətini artıracaq”, - Turnava bildirib.

Nazirin sözlərinə görə, o azərbycanlı həmkarına yeni təşəbbüs təqdim edib – Gürcüstanı Aİ-nin enerji bazarı ilə birləşdirəcək Qara dənizin dibi ilə yüksəkgərginlikli elektrik ötürmə xətlərinin çəkilməsi layihəsini.

“Təbii ki, bu layihə region, həmçinin Azərbaycan iştirak edəcəyi halda daha böyük önəm kəsb edəcək və kommersiya baxımından cəlbedici olacaq”, - Turnava qeyd edib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri cümə günü Azərbaycana səfər zamanı Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək