BİZNES

27 Fevral

Əbülfəz Qarayev: \"Ölkədə fəaliyyət göstərən muzeylərin nəzdində suvenir mağazalar yaradılacaq\"

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən muzeylər nəzdində suvenir mağazalar yaradılacaq.

Fins.az  xəbər verir ki, bunu "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" tədbirində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, bu mağazalarda kreativ sənaye iştirakçıları, sahibkarlar öz məhsullarını sata biləcəklər: "Hazırda belə bir mağaza Xalça Muzeyində açılıb, yaxın günlərdə isə İncəsənət Muzeyində də fəaliyyətə başlayacaq", - deyə nazir bildirib