BİZNES

25 Fevral

Azərbaycan və Türkiyə preferensianal ticarət sazişi imzalayacaq

Fevralın 25-də Bakıda keçiriləcək Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair Azərbaycan və Türkiyə arasında 9 sənəd imzalanacaq.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak məqsədiləAzərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Hurriyet Daily News nəşri məlumat verir.

“İki ölkə arasında ticarət, müdafi, idman və digər sahələrdə 9 sənəd imzalanacaq. Əsas saziş preferensianal ticarət sazişidir”, - nəşr qeyd edir.

Preferensianal ticarət sazişi 15 adda malları əhatə edəcək.

Türkiyə tərəfinin qiymətləndirmələrinə görə, bu saziin imzalanması iki ölkə arasında ticarət münasibətlərinin inkişafını sürətləndirəcək.

Preferensianal ticarət anlaşması Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə gömrük rüsumunun sıfır dərəcəsinin tətbiqini nəzərdə tutur. O cümlədən, 2017-ci ilin oktyabr ayında Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasından tədarük olunan malları rüsumdan azad edib. Siyahıya ümumilikdə 43 adda mallar daxil edilib (13-ü kənd təsərrüfatı malları, 30-u sənaye malları).