BİZNES

05 Fevral

Cənubi Koreya və Azərbaycan üç sahədə əməkdaşlığa maraqlıdır

Cənubi Koreyanın ticarət üzrə nümayəndə heyəti fevralın 6-da Bakıya gələcək.

Fins.az Cənubi Koreyanın Sənaye, Ticarət və Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, nümayəndə heyəti bu gün Rusiyada olduqdan sonra sabah ölkəmizə gələcək.

Ticarət missiyasının məqsədi Şərqi Avropa və Orta Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsinə yönəlmiş "Şimal siyasəti" çərçivəsində iqtisadi əməkdaşlığın intensivləşdirilməsi barədə danışıqlar aparmaqdır.

Məlumata görə, Azərbaycana səfər zamanı səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 159,5 milyon ABŞ dollar təşkil edib. Bu, 2018-ci ilin analoji göstəricisindən 29,7% azdır. Eyni zamanda, ixrac əməliyyatları 10,9% artıb, idxal isə 29,7% azalıb.