BİZNES

16 Yanvar

Mikayıl Cabbarov: “300 milyon manatdan çox vəsaiti işləyənlərin sərəncamında qalıb”

"Fins.az"ın məlumatına görə bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan konfransda çıxış edərkən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. M.Cabbarov bildirib ki, “Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsaiti işləyənlərin sərəncamında qalıb. Daha sonra nazir qeyd edib ki, “Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin əmək haqlarının artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib.”