BİZNES

15 Yanvar

Azərbaycanın İranla ticarət dövriyyəsi 11%-ə yaxın artıb

Ötən il Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 493 832,35 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 47 799,63 min dollar və ya 10,7% çoxdur.

 Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan  hesablamalara görə, ötən il Azərbaycandan İrana ixracın həcmi 41 130,68 min dollar təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 9 898,96 min dollar və ya 31,7% çoxdur. İdxalın həcmi isə 452 701,67 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ili ilə müqayisədə 37 900,67 min dollar və ya 9,1% artıb.

Nəticədə, hesabat dövründə 411 571 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 28 001,71 min dollar və ya 7,3% çoxdur.