BİZNES

27 Dekabr

“Boeing”də daha bir nəfər vəzifəsindən ayrıldı

“Boeing” aviaşirkətinin direktorlar şurasının baş məsləhətçisi Maykl Lyuttiq vəzifəsindən gedir.

Fins.az “İnterfaks”a istinadən xəbər verir ki, Lyuttiq təqaüdə çıxdığı üçün işindən ayrılır. Bu barədə şirkətin saytında məlumat verilib.

“Biz Lyuttiqə son 14 ildə “Boeing” şirkətində xüsusi xidmətlərinə görə dəri təşəkkürümüzü bildiririk”, - deyə qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl şirkətin baş direktoru Dennis Melenberq istefa vermişdi.