BİZNES

26 Dekabr

“Yaşıl Dəhliz” buraxılış sisteminə edilən müraciətlərin sayı açıqlanıb

2019-cu ildə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə üçün 591 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransında məlumat verilib.

Məlumatda bildirib ki,  müraciətlərdən 307-ə idxal, 198-ə isə ixrac əməliyyatları üzrə sistemdən istifadə hüququ verilib.

Qeyd edilib ki, ümumilikdə, yeni qayda nəticəsində gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi imkanı yaradılıb.