BİZNES

20 Dekabr

Azərbaycana xaricdən rekord sayda kondisioner gətirilib

2019-cu ilin 10 ayı ərzində Azərbaycana 48 milyon 647 min dollar dəyərində 203 min 200 ədəd məişət kondisioneri idxal olub. Bu, indiyədək qeydə alınmış ən yüksək 11 aylıq idxaldır.

Fins.az xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən məişət kondisionerinin idxalı miqdar ifadəsində 1,6 dəfə, məbləğ ifadəsində isə 53,6% artıb.

 

2019-cu ilin yanvar-oktyabr aylarında 6 milyon 46 min dollar dəyərində 26 min 921 ədəd məişət soyuducuları idxal edilib. Məişət soyuducularının idxalı miqdar ifadəsində 14%, məbləğ ifadəsində isə 18.3% azalıb.

 

2019-cu ilin yanvar-oktyabr aylarında 30 milyon 731 min dollar dəyərində 148 min 600 ədəd paltaryuyan maşınlar idxal edilib. 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən paltaryuyan maşınların idxalı miqdar ifadəsində 10,1%, məbləğ ifadəsində isə 19,7% artıb.

© Marja