BİRJA

31 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 31-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2094024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9783.1404 (9.5 %) manat və  9821.7033 (7.78%) manat olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,140,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9803.7293 (8.58%) manat, orta ölçülmüş qiyməti isə 9812.7443 (8.18%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 23.08.2023-cü ildir.