BİRJA

13 May

Kriptovalyuta birjalarında nisbi sabitlik- BİTCOİN CUZİ BAHALAŞDI

Bazarlarda risk qavrayışının pisləşməsi və sabit koinlərdəki inkişaflarla birlikdə fırtına yaşayan kripto pul bazarlarında sular bir qədər sakitləşib.

"Fins.az"xəbər verir ki, bitcoin yenidən 30 min dolları keçsə də, digər kriptovalyutalar da qiymətlərdə canlanma müşahidə edilib.
Bir gündə 200 milyard dollarlıq kriptovalyutanı məhv edən fırtına yerini bərpa səylərinə verdi.

Bitcoin yenidən 30 min dolları keçərkən, digər kriptovalyutaların qiymətlərində yüksəliş müşahidə edilib.

Bazarın sakitləşməsi, xüsusən də aparıcı fikskoin Tether-in bərpası və bazarı gərginləşdirən sabitkoinlə bağlı narahatlığın aradan qalxması təsirli olub. Cümə axşamı günü 1 dollardan aşağı düşən Tether yenidən 1 dollar lövbərlə təmin edilib.

Terraform Labs həmçinin Terra blokçeyni dayandırıldıqdan sonra yenidən işə salındığını açıqlayıb.