BİRJA

22 Sentyabr

FOMC iclasıyla bağlı proqnoz: Birja indekslərində yeni rekord səviyyələri görə bilərik

Bu gün bazar iştirakçıları FOMC ( Federal Açıq Bazarlar üzrə Komitə) - nin Sentyabr iclasına fokuslanacaq.

Bunu "Freedom Finance Azerbaijan"-ın direktoru Vüsal Məmmədov Fins.az-a açıqlamasında deyib. 

O FOMC ( Federal Açıq Bazarlar üzrə Komitə) - nin Sentyabr iclasından gözləntilərini açıqlayaraq bildirib ki, İnvestisiya dünyası regulyatordan QE (yumşaltma) proqramının azaldalması və makroekenomik vəziyyət ilə dəqiq siqnal gözləyəcək. Bundan əlavə kongres üzvləri borc limitinin artırılması və fiskal siyasət ilə bağlı yeni qərarlarını açıqlayıblar və senatdan təsdiq gözləyirlər.

Vüsal Məmmədov gözlənilən qərarların birja indekslərinə təsirləri və ABŞ maliyyə nazirinin gözləntiləri ilə uyğunlaşmasını da vurğulayaraq "Bu investorların əhvalına və ABŞ-ın maliyyə naziri Janet Yelenin istəklərinə yaxşı təsir göstərəcəkdir. FOMC - dən çıxan qərar da ürəkaçan olarsa birja indekslərində yeni rekord səviyyələri görə bilərik.Amerika birja indeks fyuçersləri artıq günə müşbət notlarla başlayıb."-deyə qeyd edib .

Müəllif: Aynur Qəniyeva