BİRJA

05 İyul

Milli Depozit Mərkəzindən 55.6 mln manatlıq kupon ödənişi

2021-ci ilin iyun ayı ərzində MDM tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, BOKT Embafinance QSC, Ferrum Kapital MMC, Paşa Yatırım Bankası, Unibank ASC, Azergold QSC şirkətlərinin istiqrazları üzrə kupon ödənişləri həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məlumat yayımlayıb.

Məlumata görə,ümumilikdə, 126 investor olmaqla, 55.6 mln AZN və 653 min ABŞ dollar həcmində ödəniş həyata keçirilib. 

Müəllif:Aynur Qəniyeva