BİRJA

11 İyun

Dollar ucuzlaşmağa başlayıb

Amerikanın əmək bazarında risklərin yenidən artdığı bir şəraitdə, cümə axşamı inflyasiyanın da 5%-ə çatması xəbərlərinin yayılmasından sonra dollar ucuzlaşmağa başlayıb. Gələn həftə dərc ediləcək pərakəndə satış dövriyyəsinə dair göstəricilərdə də azalma ehtimal edilir. 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də yenidən bahalaşmağa başlayıb. Bununla yanaşı, sözügedən tendensiyanın növbəti önəmli fundamental göstəricilərin açıqlanmasına kimi məhdud qalacağı gözlənilir. Önəmli hadisələr arasında xüsusilə, çərşənbə günü açıqlanacaq FED-in faiz qərarı və sədrin verəcəyi önəmli açıqlamalar yer tutur.