BİRJA

21 Aprel

Səhm nədir və hansı hallarda buraxılır?

Fins.az xəbər verir ki,səhm – səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını təsdiq edən qiymətli kağızdır. Səhmdarın digər hüquqları da var, onlar səhmin növündən asılı olaraq dəyişirlər: adi və ya imtiyazlı.

Adi səhm sahibi səhmdarların yığıncağında iştirak edir, bu yığıncaqda səs vermək hüququna malikdir və idarəetmə orqanını seçə və seçilə bilər. Adi səhmlər daha gəlirli və daha riskli hesab olunur.

İmtiyazlı səhmlər bu hüquqa malik deyillər. Lakin onların üstünlüyü ondan ibarətdir ki, bu səhmlər üzrə dividendlərin ödənilməsi kampaniyanın fəaliyyətindən asılı deyil. Yəni kampaniyanın necə fəaliyyət göstərməsindən asılı olmayaraq, sizə səhminizə görə dividend ödənilir.

İmtiyazlı səhmlərin çatışmazlığı da məhz ondan ibarətdir ki, müəssisə fəaliyyətini uğurla aparırsa, onda dividendlər adi səhmlər üzrə artır, imtiyazlı səhmlər üzrə isə dəyişməz qalır. Az gəlirli və az riskli hesab olunurlar.

Səhmlər aşağıdakı hallarda buraxılır:

  • Səhmdar cəmiyyəti yaradıldıqda

  • Müəssisənin və ya təşkilatın səhmdar cəmiyyətinə çevrilməsi zamanı

  • Nizamnamə kapitalının artırılması zamanı

Səhmlərin bir neçə xüsusiyyəti var:

  • Səhm – mülkiyyət tituludur

  • Səhmin “mövcudluğu” müddəti yoxdur

  • Səhmlərə bilinməzlik xasdır

  • Səhmlərə məhdud məsuliyyət xasdır

  • Səhmlər bölünə və birləşə bilərlər

  • Səhmin özəllikləri

Səhmi almaqla investor şirkətin müəyyən hissəsinə və mənfəətinə sahib olur:

– Mənfəət ilin sonunda səhm sahibinə pul şəkilində ödənilə bilər;

– Buna dividend deyilir

İnvestor səs verməklə şirkətin fəaliyyətinə təsir göstərə bilər:

– Müşahidə şurası

Şirkətin müflisləşməsi zamanı kreditor borcları qarşılandıqdan sonra geridə qalan vəsaitlərə investorlar sahib olur;

Səhm emitenti isə borc və kredit almadan əlavə pul vəsaitinə sahib olur;

Qeyd: Səhmlərdən iki şəkildə pul qazanırsınız: dividend ödəmələrindən və ya qiyməti artdıqda səhm satmaqla. Əlbəttə ki, səhm qiyməti aşağı düşərsə, bütün sərmayənizi itirə bilərsiniz.