BİRJA

03 Fevral

\"Bitcoin\"in qiyməti Oktyabrdan bu yana ən yüksək səviyyəni görüb

Çində səhm bazarlarında tətilin ardından kəskin azalmalar baş verib. Kriptovalyutalar isə Asiya əməliyyatlarında yüksəlib. 

"Bitcoin" Honq Konq saatıilə 09:30-da bazarların açılmasından dərhal sonra 9608 dollar ilə Oktyabrdan bu yana qeydə alınmış ən yüksək səviyyəni görüb. "Bitcoin" yarım saatdan qısa bir müddət sonra qazancının bir qisimini geri verib.

Çin səhmləri Bazar ertəsi günkü əməliyyatlarda 2015-ci ildən bu yana ən kəskin şəkildə ucuzlaşıb. Bir çox investor virus epidemiyasından bu yana ilk dəfə satış fürsətini qiymətləndirib, CSI 300 İndeksi 9%-dən çox düşüb. İndeks 23 Yanvardan bəri ilk dəfə əməliyyata açılıb.

 

"Blockchain" sərmayə və məsləhət şirkəti "Kenetic Capital"dan Jehan Chu, "Qlobal təşkilatlara və bazarlara güvən azaldıqca "Bitcoin" kimi hərəkət qabiliyyəti yüksək rəqəmsal aktivlərin dəyərlərində "partlayış" görəcəyik" deyib. 

 

Bakı vaxtı ilə saat 15:40-da "Bitcoin" 9358 dollardan ticarət olunub. 

© Marja