BİRJA

27 Dekabr

ABŞ səhm bazarında kəskin artımlar müşahidə olunub

Milad bayramı ərzində pərakəndə satışların rekord həcmdə artması ilə bayram sonrası səhmlərin və bençmark indekslərin göstəricilərində artım müşahidə olunub. Dou Cons Sənaye Səhmləri İndeksi (DJIA)  105.94 bənd (0.37%) artaraq, 28621.39 səviyyəsində qərarlaşıb. SP 500 İndeksi (SPX) 16.53 bənd, NASDAQ Toplu İndeksi (COMP)  isə 69.51 bənd yüksələrək, müvafiq olaraq 3239.91 və 9022.39 səviyyəsinə çatıb.

Bazarda səhm dəyərində ən çox artım müşahidə olunan şirkət 4.45% ilə “Amazon” olub. “Apple” şirkəti də rekord 1.98% artım ilə səhm dəyərini 289.91 dollara çatdırıb. Elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin səhmləri isə 1.34%-lik artaraq 430.94 dollar səviyyəsində qərarlaşıb. Digər tərəfdən isə, “Boeing” şirkətinin səhm dəyəri 0.92% həcmində azalıb.