BİRJA

27 Dekabr

Qızıl daha da bahalaşdı

Qlobal bazarlarda qızılın unsiyasının qiyməti bahalaşmaqda davam edir.

Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:45-də qızılın unsiyasının qiyməti 1513 dollar səviyyələrində olub. 

Honq Konqda davam edən etirazlar və Çin ilə ABŞ arasında bölgədəki vəziyyət səbəbindən ola biləcək gərginlik artımı sərmayəçilərin narahatlıqlarının artmasına səbəb olub və "etibarlı liman" xüsusiyyətindəki qızıla tələbin artmasını təmin edib. Böyük iqtisadiyyatlarda açıqlanan zəif statistik göstəricilər də qızılın bahalaşmasına təkan verib.

Qızılın qiyməti Noyabrın əvvəlindən bu yana bu həftə yenidən 1500 dollar səviyyəsini keçib.