BANK

27 May

PASHA Bank işçi axtarır – VAKANSİYA

PASHA Bank Senior Service Reliability Engineer vəzifəsinə işçi axtarır.

İşiniz nədən ibarətdir?

  • Mövcudluq, gecikmə, performans, səmərəlilik və dəyişikliklərin idarəedilməsi;
  • İlkin dövrdən dizayna kimi, habelə işə salınma, əməlliyat və təkmilləşdirmə kimi xidmətlərin hər bir dövrü ilə məşğul olaraq təkmilləşdirilməsi;
  • Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesinin yaradılması;
  • Xidmətlərin işə salınmasından öncə sistem dizayn konsaltinqi, proqram platformaları, çərçivələrin hazırlanması, həcm planlaması və işə salma araşdırmaları kimi fəaliyyətlər vasitəsi ilə dəstəklənməsi;
  • Xidmətləri işə saldıqdan sonra mövcudluğun, gecikmələrin və ümumi sistem sağlamlığının ölçülməsi və izlənməsi yolu ilə dəstəklənməsi;
  • Sistemlərin davamlılığını avtomatik mexanizmlər vasitəsi ilə ölçülməsi, sitemlərin etibarlılığını və sürətini artıran dəyişiklikləin inkişaf etdirilməsi;
  • Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edərək müzakirələrin aparılması;
  • Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analiz edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Minimum 5 il 
  • Lisenziya/ Sertifikat: Java OCP üzrə sertifikata üstünlük verilir
  • Xarici dillər: İngilis dili (səlis)
  • Komputer bilikləri: C, C++, Java, Python or Go sadalananlardan bir və ya bir neçəsi üzrə təcrübə Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, CircleCi, Jenkins üzrə təcrübə
  • Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı üzrə təcrübə
  • Dizayn, təhlil və geniş miqyaslı paylaşma sistemləri üzrə problemlərin aradan qaldırılmasına maraq
  • Kodun nizamlanması, optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması bacarığı
  • Bazar üzrə biliklər: SRE və DevOps trendləri
  • Digər: Komandada iş, güclü ünsiyyət və münaqişələri həll etmə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Servis etibarlılığı üzrə Baş Mütəxəssis” qeyd edərək [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.