BANK

12 May

Yaponiya iki Rusiya bankının aktivlərini dondurub

Yaponiya Sberbank və Alfa Bankın aktivlərini dondurdu. Bundan əlavə, Yaponiya vətəndaşlarına və şirkətlərinə Rusiyada onlara 10% və ya daha çox pay verəcək investisiyalar etmək qadağan edilib.

"Fins.az"xəbər verir ki, Yaponiya hökuməti Rusiyanın maliyyə qurumlarından biri olan “Sberbank”ın və özəl banklarından biri olan “Alfa Bank”ın aktivlərini dondurub.

Yaponiya G7 liderlərinin onlayn görüşündən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları artırmaq qərarına gəlib.Bu çərçivədə hökumət Rusiyanın maliyyə qurumlarından olan Sberbank və özəl banklarından biri olan Alfa Bankın aktivlərini dondurub.

Yapon vətəndaşlarına və şirkətlərinə Rusiyada 10% və ya daha çox iştirak payı təmin edəcək investisiyalar etmək qadağandır. Rusiya şirkətlərinə ödəmə müddəti 1 ildən çox olan kreditlərin verilməsi də qadağan edilib.

Eyni zamanda  Rusiyanın baş naziri Mixail Mişustinin də olduğu 141 nəfərin əmlakı dondurulub.

Müəllif:Aynur Qəniyeva