BANK

14 Sentyabr

Xidmətlər balansında yaranan kəsir 2.1% azalıb 

2021-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.4 mlrd.$ təşkil edib. 

Fins.az -ın Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi xəbərə görə,bunun 2.9 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.5 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Bildilir ki, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.1% azalaraq 1.3 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 976.9 mln.$ (20.1% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 323.6 mln.$ (3.1 dəfə artım) olub. 

Müəllif:Aynur Qəniyeva