BANK

02 Sentyabr

Unibank: Bank əməkdaşı heç vaxt kart məlumatlarını istəmir

Heç bir halda kart məlumatlarını kimsəyə göndərmə
Bunu "Unibank" rəsmi sosial şəbəkə hesabında öz müştərilərinə müraciətlə yayımlayıb. 
Nüraciətdə bildilir ki, Kart hesablarının təhlükəsizliyi üçün bunları mütləq bilməlisən:
Kart nömrələrini və CVV kodu heç kəsə bildirmə;
Mobil nömrənə SMS ilə gələn 3D Secure kodu heç kəslə paylaşma;
Kartda olan pulları digər hesaba köçürməyi təklif edən şəxsə imtina et;
Sosial şəbəkələrdən şübhəli şəxslərdən kredit, kart sifarişlərinə aldanma. Əmin ol ki, səhifə bankın rəsmi səhifəsidir;
Bank adından zəng belə gəlsə, kart məlumatlarını vermə.
Ən əsası isə yadda saxla!
Bank əməkdaşı heç vaxt kart məlumatlarını istəmir!