BANK

20 İyul

SUP VC və PASHABANK  “Fintech Founders Bootcamp by PASHABANK” -ı təşkil edir

SUP VC və PASHABANK-ın təşkilatçılığı ilə “Fintech Founders Bootcamp by PASHABANK” keçiriləcək. Artıq proqramdan qeydiyyatdan keçənlərin sayı artmağa davam edir. Bir neçə gündür qeydiyyatın açılmağına baxmayaraq yüzlərlə fintech sahəsinə maraqlı şəxs qeydiyyatdan keçib. 

26, 27,28 iyul tarixlərində baş tutacaq “Fintech founders bootcamp by PASHA Bank" tədbiri maliyyə sahəsi üzrə ixtisaslaşmış peşəkarlar və təhsil alan şəxslər, eləcə də maliyyə texnologiyaları sahəsində startap qurmaq istəyən və ya artıq startap qurmuş sahibkarlar üçün nəzərdə tutulub. Təlimlər zamanı açıq bankçılıq, “APİ” servisləri, “Fintech” ödəniş xidmətləri, şifrələmə və informasiya təhlükəsizliyi, o cümlədən “Fintech” dünyasının məhdudiyyətləri, riskləri, siyasi və sosial təsirləri kimi aktual mövzular əhatə olunacaq. İştirakçılar bu proqrama qatılmaqla, maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcək.

2007-ci ildə yaradılmış “PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. “PAŞA Bank”, iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələri sayılan aqrobiznes, nəqliyyat, tikinti, ticarət və bir sıra mühüm seqmentlərə xidmət göstərməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verir.

SUP VC startapların Azərbaycanda böyüməsinə və beynəlxalq bazara çıxmasına kömək edən intensiv akselerasiya mərkəzidir. Dünyada onlarla mentorluq şəbəkəsinə malik olan SUP VC Azərbaycanda bilik, beynəlxalq təcrübə və innovativ sahibkarlıq imkanlarını təqdim edir.