BANK

06 İyul

Mərkəzi bankların aldığı qızılın həcmi AÇIQLANIB

Dünya Qızıl Şurası bu ilin əvvəlindən may ayına qədər dünyanın mərkəzi bankları tərəfindən qızıl alqı-satqısı barədə məlumatları açıqlayıb.

Fins.az xəbər verir ki, Şuraya görə, dünyanın mərkəzi bankları bu ilin may ayında qızıl ehtiyatlarını 56,7 ton artırıblar. Əvvəlki aya nisbətən bu göstərici 11% azalıb.

May ayında dünya mərkəzi banklarının ümumi alış həcmində Taylandın payı 82% təşkil edib. Bu ölkənin ehtiyatları 46,7 ton qızılla artırılıb. Braziliyanın qızıl alışları 11.9 ton təşkil edib. Türkiyə may ayında 8.6 ton qızıl alıb. Qazaxıstan tərəfindən bu qiymətli metalın alınması 5.3 ton təşkil edib.

Göstərilən ayda Hindistan 0.9 ton qızıl alıb. 

Eyni zamanda, mərkəzi banklar tərəfindən may ayındakı qızıl satış həcmi bu ilin yanvar ayından bəri 18.9 ton səviyyəsinə çataraq ən yüksək səviyyəyə çatıb.

Bu ilin yanvar-may ayları ərzində mərkəzi banklar tərəfindən alınan qızılın ümumi həcmi 296,8 tona çatıb.