BANK

25 İyun

Bank of America-dan  dolların bahalaşacağı barədə PROQNOZ 

Məşhur sərmayə bankı "Bank of America" (BofA) dolların daha da bahalaşacağı barədə proqnozunu qoruyur.

Fins.az xəbər verir ki, BofA tərəfindən hazırlanan hesabatda, dolların il sonuna qədər daha da yüksəlməsinin mümkün olduğu qeyd edilib.

ABŞ iqtisadiyyatının bu il və gələn il rəqiblərindən yaxşı performans göstərəcəyini nəzərdə tutan Bank, dolların başda avroya qarşı olmaqla il sonuna qədər dəyər qazanmaqda davam edəcəyini qeyd edib.

Qeyd edək ki,"Bank of America Corporation" trans milli investisiya bankı qlobal səyahətlərə tələbin artması fonunda, 2022-ci ildə neftin qiymətinin 1 barelə görə 100 ABŞ dollarına çata biləcəyinin mümkünlüyünü bildirib.