BANK

25 İyun

Azərbaycanda nağd dollar alışı - Kəskin Azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisi banklardan 836,279 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.

Fins.az xəbər verir ki,  Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, təkcə mayda əhali 80,064 mln. nağd dollar alıb, bu da aprel ayı ilə müqayisədə 38,4% azdır. Qeyd edək ki, sözügedən göstərici 2017-ci ilin aprel ayından (65,671 mln. manat) bəri qeydə alınan ən aşağı aylıq göstəricidir.

Bundan başqa, cari ilin yanvar-may aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 560,350 mln. dollar təşkil edib, bu da illik ifadədə 22,8% çoxdur. Təkcə may ayında banklar əhalidən 99,009 mln. nağd dollar alıb, aylıq müqayisədə bu göstərici 24,2% azalıb, illik müqayisədə isə 39,1% artıb.

(c)Apa